Portrait

Axtarış
рус eng
Həsən Əliyev haqqında

Həsən Əliyev nadir ziyalı, istedadlı alim, fədakar elm xadimi, böyük vətənpərvər, geniş ürək sahibi, insanlıq və yaxşılıq mücəssəməsi idi.

Qərib Məmmədov,
akademik

Azərbaycan və rus dillərində nəşr edilmiş “Həyəcan təbili” əsəri xalqımızın görkəmli ekoloqunun XX əsrdə elmə verdiyi ən gözəl hədiyyəsidir.

Budaq Budaqov,
akademik

Azərbaycan torpaqşünaslıq elmi öz yaranışı, inkişafı, tədqiqat yolu üçün həmişə Həsən Əliyevin ruhuna baş əyməlidir.

Məmməd Araz,
xalq şairi

Həsən Əliyev kimi insanlar olmasaydı dağlar arxasız, çaylar məcrasız, düzlər çəmənsiz, meşələr kimsəsiz, təbiət yiyəsiz qalardı.

Məmməd Araz
xalq şairi

Akademik Həsən Əliyev hər cəhətdən Azərbaycanın görkəmli vətənpərvər alimlərindən biri kimi özünə şöhrət qazanmışdır.

Asəf Nadirov,
akademik

Akademik Həsən Əliyev görkəmli torpaqşünas, coğrafiyaçı, Azərbaycan ekologiya problemləri haqqında ilk “həyəcan təbili” çalan vətəndaş, ziyalı və müdrik şəxsiyyətdir.

Hidayət,
yazıçı

Həsən Əliyev varlığı vətənpərvərlik, xalqsevərlik təcəssümü idi.

Qərib Məmmədov,
akademik

Azərbaycanda təbiətin mühafizəsi dedikdə qeyri-ixtiyari olaraq Həsən Əliyev, Həsən Əliyev dedikdə isə Azərbaycanda təbiətin mühafizəsi yada düşür.

Qərib Məmmədov,
akademik

Azərbaycan təbiəti haqqında söhbət gedəndə ani olaraq göz önündə unudulmaz bir obraz - akademik Həsən Əliyevin əbədi obrazı canlanır.

Zeynal Mövsümov,
kənd təsərrüfatı elmləri doktoru

Həsən müəllimin həyatı Azərbaycanı sevənlərçün bir örnəkdir.

Bəxtiyar Vahabzadə,
xalq şairi

Bütün varlığı ilə elə-obaya bağlı olan bu böyük insan şerin, sözün, sənətin aşiqi idi.

Nəriman Həsənzadə,
şair

Akademik Həsən Əliyevin elmi və ictimai həyatı elm sahəsində çalışan alimlər üçün nümunədir.

Xəlil Mustafayev,
kənd təsərrüfatı elmləri doktoru

Həsən müəllim təkcə özü üçün yaşamadı. O, imkansızın dayağı, tərəfsizin tərəfi, haqqın müdafiəçisi, xüsusən də yaradıcı gənclərin pənahı idi.

Habil Haqverdiyev,
coğrafiya elmləri namizədi

Həsən Əliyevin təbiət sevgisi onu təbiətlə birləşdirib, bütövləşdirib, təbiətin özü qədər müdrikləşdirmişdi.

Qərib Məmmədov,
akademik